31 Avqust 2020 23:54
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın kapitanı Lionel Messi Kataloniya təmsilçisinin yeni mövsüm öncəsi ilk məşqinə qatılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Argentinalı hücumçunun klubdan ayrılmaq istədiyi üçün bu addımı atdığı bildirilir.

Qeyd edək ki, Messi dünən koronavirus testi və tibbi müayinədən keçmək üçün də klubun bazasına getməyib.

Xatırladaq ki, Kataloniya klubunun rəhbərliyinin 33 yaşlı oyunçunun komandadan uzaq olacağı hər gün üçün maaşının kəsilməsinə qərar verdiyi bildirilir. Messi "Barselona"da bir günə 110 min avro qazanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər