2 May 2014 23:17
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, klubun rəsmi jurnalına danışan isveçli forvard karyerasını məhz PSJ-də başa vurmaq istədiyini deyib:

"Son zamanlar müxtəlif qəzetlərdə haqqımda yanlış məlumatlar dərc olunur. Mənim PSJ-dən ayrılacağımı iddia edirlər. Ancaq belə bir şey yoxdur. Parisdə çox xoşbəxtəm və karyeramı da elə bu klubda başa vurmağı düşünürəm".

Qeyd edək ki, İbrahimoviç 2012-ci ilin yayında "Milan"dan PSJ-yə transfer olunub.


Müəllif: