13 Oktyabr 2020 08:39
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının növbəti seçmə oyununu keçirəcək.

Teleqraf.com-un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olacaq. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci yerdə gedir. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.

Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyəcək. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.


Müəllif: Teleqraf.com