Fransanın “Lequipe” nəşri 2020-ci ilin ən yaxşı futbolçularından ibarət rəmzi heyətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, heyətdə “Barselona”nın futbolçusu Lionel Messiyə yer verilməyib:
Qapıçı: Manuel Noyer (“Bavariya”);
Müdafiəçilər: Alfonso Deyvis (“Bavariya”), Serxio Ramos (“Real”), Vircil van Deyk, Trent Aleksander-Arnold (hər ikisi “Liverpul”);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Bavariya”/“Liverpul”), Yozua Kimmix (“Bavariya”), Kevin de Breyne (“Mançester Siti”), Neymar (PSJ);
Hücumçular: Kristiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”).