8 İyun 2021 00:56
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səbail" futbolçusu Ali Sisey ilə yollarını ayırıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, bu ilin yanvarından paytaxt təmsilçisinin formasını geyinən Ali Sisey 16 oyunda meydana çıxıb. Sierra Leonedən olan oyunçu daha əvvəl "Zirə"də çıxış edib.


Müəllif: Teleqraf.com