WBA (Ümumdünya Boks Assosiasiyası) və WBC (Ümumdünya Boks Şurası) versiyaları üzrə superağır çəkidə keçmiş müvəqqəti dünya çempionu Aleksandr Povetkin idmançı karyerasını başa vurub.
Teleqraf.com-un məlumatına görə, bu barədə 41 yaşlı peşəkar boksçunun özü açıqlama verib. "İllər aldığını alır. Karyeramı bitirməyi qərara aldım" deyə Povetkin bildirib.
Daha əvvəl o, koronavirus keçirməsi səbəbindən damar sistemində ciddi problemlərin aşkarlandığını söyləyib.
Qeyd edək ki, Aleksandr Povetkin 2004-cü il Afina Yay Olimpiya Oyunlarında 91 kq-dan yuxarı çəkidə qızıl medal qazanıb. O həm də dünya və ikiqat Avropa çempionudur. Povetkin WBC versiyası üzrə keçmiş müvəqqəti dünya çempionu (2020 - 2021), WBA versiyası üzrə müntəqəm dünya çempionu (2011 - 2013), WBC Silver (2014—2016), WBO International (2017—2018) və WBA Inter-Continental (2017—2018) kəmərlərinin sahibidir.