Fransanın PSJ komandası İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Pol Poqbanı transfer etmək fikrindən daşınıb.
Teleqraf.com xəbər verir ki, Paris təmsilçisi İspaniya "Barselona"sı ilə vidalaşan Lionel Messinin transferi üçün bu qərarı verib.
Hazırda bütün diqqətini argentinalı hücumçunun komandaya cəlb olunmasına ayıran rəhbərlik əlavə xərcə düşmək istəmir.
Buna baxmayaraq, "qırmızı şeytanlar" 50 milyon avro təzminat qarşılığında fransalı yarımmüdafiəçini buraxmağa hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2022-ci ilin yayınadək müqaviləsi var