24 Oktyabr 2021 08:15
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Porvo şəhərində təşkil olunan Sərbəst güləş üzrə Finlandiya Çempionatında U15 (15 yaşına qədər olan idmançıların) mübarizəsində 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 39 kiloqram çəki qrupunda mübarizə aparan həmyerlimiz yüksək hazırlıq göstərək 4 rəqibini üstələyib.

Qeyd edək ki daha əvvəl gənc həmyerlimiz, İsveçin Umea şəhərində baş tutan Avropa çempionatında da 2-ci yerə layiq görülüb.


Müəllif: Teleqraf.com