11 Aprel 09:14
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold komandanın sabiq oyunçusu Stiven Cerrardın rekordunu qırıb.

Teleqraf.com xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi buna Premyer Liqanın XXXI turunda "Mançester Siti" ilə səfər matçında məhsuldar ötürmə etməklə nail olub.

Mersisayd təmsilçisində ilk topun vurulmasında iştirak edən ingiltərəli oyunçu cari mövsüm 17-ci dəfə qol ötürməsi verib. Beləliklə Aleksander-Arnold Cerrardın 16 məhsuldar ötürmə rekordunu geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı 2:2 hesabı ilə bitib.


Müəllif: Teleqraf.com