6 Avqust 2022 23:19
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə millisi Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Azərbaycan millisi qrup mərhələsində Sloveniya və Böyük Britaniyanı məğlub edərək lider kimi yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmasında Türkiyə komandasını məğlub edən milli finalda Ukrayna yığmasına qalib gələrək turnirin qızıl medalını qazanıb.

Komanda yarışlarında Azərbaycanı Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edib.

Qeyd edək ki, turnirə 7 idmançı ilə qatılan komanda 3 qızıl və 3 bürüc medal qazanıb.


Müəllif: Teleqraf.com