7 Avqust 2022 10:40
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.

Teleqraf.com-un məlumatına görə, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Kişilər

Hindistan-2 - Azərbaycan

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov

Nixal Sarin - Rauf Məmmədov

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli

Raunak Sadvani - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa

Gövhər Beydullayeva - Turmunk Munheul

Gülnar Məmmədova - Bat-Erdene Munquneul

Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com