29 Noyabr 2022 21:14
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub.

Afrika təmsilçisinin heyətində Kalidu Kulibali 70-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirib - 2:1.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb.

İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib.

18:15

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Teleqeaf.com-un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:44

Qətərdə keçirilən dünya çempionatının A qrupunun III turunda üz-üzə gələcək Ekvador və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.


Müəllif: Teleqraf.com