Azərbaycanın məşhur idmançılarından olan Zülfiyyə Hüseynova dopinqə düşüb.
Teleqraf.com xəbər verir ki, para-cüdoçu 2 illik diskvalifikasiya olunub.
Onun cəzası 15 iyun 2023-cü ildə başa çatacaq.
Qeyd edək ki, Zülfiyyə Hüseynova sambo üzrə beşqat dünya çempionudur. 52 yaşlı idmançı son illər para-cüdoda çıxış edirdi.