21 Mart 2023 21:07
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

Teleqraf.com xəbər verir ki, oyun Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: Teleqraf.com