11 Aprel 2023 23:55
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.

Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər