27 Aprel 2023 12:55
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsi Premyer Liqanın XXXI turunda qeydə alınan neqativ hallara görə klubları cərimələyib.

Teleqraf.com xəbər verir ki, “Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cəriməyə məruz qalıb.

“Sumqayıt” – “Qəbələ” qarşılaşmasına təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyindən, birincilər 400 manat ziyana düşüblər.

Həmçinin, görüşdə meydançaya kənar əşyalar atılıb ki, bu, “gənclik şəhəri” təmsilçisinin daha 1600 manat cərimələnməsinə səbəb olub. Eyni zamanda, 6 oyunçusu sarı vərəqə alan “Qəbələ” də 800 manatlıq cərimə ödəməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər