11 İyun 2023 00:58
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Siti" komandası Çempionlar Liqasının qalibi olub.

Teleqraf.com xəbər verir ki, İstanbulda keçirilən oyunda "Mançester Siti"nin futbolçusu Rodi fərqlənərək komandasını önə çıxarıb.

İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən qarşılaşma 1:0 birincinin xeyrinə bitib.

***

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, oyunda hesabı 68-ci dəqiqədə "Mançester Siti"nin futbolçusu Rodri açıb.

Bu "Mançester Siti"nin tarixində Çempionlar Liqasının finalında vurduğu ilk qoldur.

Hazırda qarşılaşmanın ikinci hissədi gedir.

***

İstanbulda keçirilən Çempionlar Liqasının final oyununa start verilib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında baş tutan görüşü FIFA referisi Şimon Marçinyak idarə edir.

***

İstanbulda keçiriləcək Çempionlar Liqasının final oyunu üçün İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandalarının start heyətləri açıqlanıb.

Bunu Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

"Mançester Siti": 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci

"İnter": 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər