Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bu gün yaydığı məlumata əsasən Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək İlk Avropa Oyunları üçün "Ulduz Elçi"lər olacaqlar.
Teleqraf.com-un məlumatına görə, çərşənbə axşamı Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb.
Sözügedən ulduzların sırasına müğənnilərdən Tünzalə Ağayeva, Röya, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar və musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.
Bəhram Bağırzadə çimərlik futbolu
Rafael Coşqun stolüstü tennis
Tünzalə Ağayeva atıcılıq
Murad Dadaşov su idmanı
İlkin Həsəni velosiped
Tahir və Cabir İmanov voleyboll
Dj Şok atletika
Nigar ilə Eldar badminton
Röya avarçəkmə
Miri Yusif basketboll üzrə səfir seçilib.
Könüllülər üzrə səfir seçilən əməkdar artist Tünzalə Ağayeva hisslərini bölüşüb:
"Bütün dostlarımı təbrik edirəm. Şərəf və sevinc hissi keçirirəm. Bizə şərəfli missiya verdiyiniz üçün təşəkkür edirəm. Sənətçilər adından söz verirəm ki, bu işin öhdəsindən layiqincə gələcəyik"
Rüstəm