22 Sentyabr 2023 21:42
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.

Teleqraf.com xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.

31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər