8 May 11:26
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

Teleqraf.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.


Müəllif: Teleqraf.com