19 May 00:49
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mersin şəhirində aparılan "Akkuyu" AES-in tikintisi 2025-ci ilin aprelində istifadəyə verilməsi gözlənilən birinci enerji blokunda istismara verilmə mərhələsinə qədəm qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Akkuyu Nuklear" ASC-nin tikinti və istehsal təşkilatının direktoru Denis Sezemin bildirib.

Onun sözlərinə görə, hazırda birinci enerji blokunun sistemlərinin işə salınması və istismara verilməsi işləri aparılır:

"Hökumətlərarası sazişə əsasən, bizim 7 il vaxtımız var. İlk enerji blokunun tikintisi üçün lisenziyanı 2018-ci ilin aprelində almışıq, ona görə də birinci enerji blokunun istismara verilməsi 2025-ci ilin aprelində baş tutacağı ehtimal edilir".


Müəllif: Teleqraf.com