Azərbaycan karateçiləri daha bir beynəlxalq yarış ərəfəsindədirlər. Yeniyetmələ idmançılarımız Türkiyənin Konya şəhərində IV Beynəlxalq Rumi Uşaq Oyunlarında iştirak edəcəklər.
Teleqraf.com xəbər verir ki, aşağı yaşlılar arasında bu mötəbər yarışda 31 ölkədən 1000-dək idmançı qatılacaq. Yarışlar 15-dək idman növü üzrə keçiriləcək. Yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə bu turnirə 10 idmançı yollanacaq. Heyətə bu idmançılar cəlb edilib:
1. Qasım İsgəndərov (-52 kq)
2. Kənan Ağalarzadə (-57 kq)
3. Seymur Vəliyev (-63 kq)
4. Riyad Feyzizadə (-63 kq)
5. Murad Balakişiyev (-70 kq)
6. Murad Hacızadə (+70 kq)
7. Fidan Teymurova (-47 kq)
8. İnci Əzizova (-47 kq)
9. Şölə Həsənova (-54 kq)
10. Roman Heydərov (kata)
Məşqçi Cavid Rəfiyev və hakim Namiq Pirverdiyev də Konyada IV Beynəlxalq Rumi Uşaq Oyunlarının iştirakçıları arasında olacaqlar. Türkiyəyə aprelin 19-da yollanan idmançılarımız 5 gün sonra vətənə dönəcəklər.
Aygün