UEFA italiyalı hakim Fabio Mareskunu A Seriyası və Çempionlar Liqası oyunlarında işləməkdən uzaqlaşdırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.
Məlumata görə, hakim Fabio Maresku sentyabrın 27-də Küveyt çempionatının “Əl-Küveyt” – “Əl-Ərəbi” matçında (2:0) futbolçulardan birini hədələyib.
Hakimin özünün dediyinə görə, o, “gələn dəfə görüşərik” ifadəsini deyib və bunu zarafat adlandırıb.