Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.
Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.
Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb.
"Neftçi" isə 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.