16 Mart 2015 09:47
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

London klubu gələn mövsüm üçün daha iddalı bir heyət qurmaq niyyətindədi.

Teleqraf.com xəbər verir ki, “Çelsi”klubu Madrid “Real”ının iki futbolçusu Qaret Beyl və Rafael Varanı heyətinə qatmağı planlaşdırır. Bu barədə İngiltərənin “Daily Mail” məlumat yazıb.

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda 10 nəfər qalan PSJ-ni məğlub edə bilməyən London klubu gələn mövsüm üçün daha iddalı bir heyət qurmaq niyyətindədi.

Beyllə Varanın keçidi üçün 100 milyon funt sterlinq hazırlayan "Çelsi"nin qarşısındakı tək əngəl maliyyə "Fair-Play" qaydalarıdı.

Rüstəm


Müəllif: