Turnirdə mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb.
Teleqraf.com xəbər verir ki, bu gün "Bakı 2015" I Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışın püşkü atılıb. Turnirdə mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb.
Qaydalara əsasən, Azərbaycan millisi meydan sahibi kimi A qrupunun, son Avropa çempionu Rusiya isə B qrupunun birincisi olub.
Püşklər ötənlərin məşhur fransız futbolçu Kristian Karambö və futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki tərəfindən çəkilib.
A qrupunda Azərbaycana Portuqaliya, İsveçrə və Ukrayna yığmaları rəqib olub. B qrupunda isə rusiyalılarla İspaniya, İtaliya, Macarıstan üzə-üzə gələcək.
Çimərlik futbolu üzrə yarış 24-28 iyunda keçiriləcək.
Rüstəm