Braziliyalı ulduz futbolçusu Ronaldinyo Meksikanın "Keretaro" klubunun son məşqindən qovulub.
Teleqraf.com xəbər verir ki, bu barədə “ESPN” nəşri məlumat yayıb. Buna səbəb isə "sambaçı"nın "Toluka" ilə oyunöncəsi keçirilən məşqdə iştirak etməməsidi.
Məlumatda bildirilir ki, baş məşqçi Viktor Vuçetiç Ronaldinyonu "Toluka" ilə matçın (0:1) "18-liy"inə daxil etməyib.
O, bu məsələni şərh etməkdən imtina edib. "Keretaro" hazırda ölkə çempionatında sondan ikinci pillədə qərarlaşıb.
Komandanın son məşqindən də qovulan 34 yaşlı futbolçunun Meksika klubu ilə yollarının ayrılacağı bildirilir.
Rüstəm