18 Mart 2015 13:18
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona" "Mançester Siti"ylə, "Borussiya" "Yuventus"la üz-üzə gələcək.

Teleqraf.com xəbər verir ki, Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq. “Barselona” ilk görüşdə İngiltərədə 2:1 hesabı ilə qalib gəldiyi “Mançester Siti” ilə bu dəfə doğma meydanda üz-üzə gələcək.

“Yuventus” Dortmund “Borussiya”sının qonağı olacaq. İtaliyada oynanılan ilk matçda Turin klubu 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

18 mart

23:45. “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə) (2:1)

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya) (1:2)

Rüstəm


Müəllif: