Ronaldinyonun formasını geydiyi "Keretaro" Meksika kubokunun qalibi olub.
Teleqraf.com xəbər verir ki, ulduz futbolçunun çıxış etdiyi klub finalda "Puebla" ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib: 3:3. Penaltiləri daha dəqiq yerinə yetirən "Keretaro" ölkə kubokunu qazanıb. Ronaldinyo bir qol və bir assistlə yadda qalıb.
Oyundan sonra braziliyalı "Twitter"də fikirlərini izləyiciləri ilə bölüşüb:
"Kuboku qazanmaq mövsümün sonu üçün əla motivasiya oldu. İrəli, qallos".
Rüstəm