3 Aprel 2015 18:26
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Real”ı mövsümün sonunda heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Madridlilər argentinalı hücumçu ilə yaxından maraqlanır.

Kral klubu hücumçu Kərim Benzemanın mövsümün sonunda komandadan ayrılacağı təqdirdə onun yerini Aguera ilə doldurmaq istəyir. Rəhbərlik Benzemanın məhsuldarlığından tam razı deyil.

İspanlar 27 yaşlı futbolçu ilə danışığa artıq başlayıblar.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin formasını geyinən Aquero İngiltərə Premyer Liqasının cari mövsümündə 23 oyunda 17 qola imza atıb.

Rüstəm


Müəllif: