19 May 2014 22:45
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Yunayted” klubu Lui van Qalla anlaşdığı barədə rəsmi məlumat yayıb.

62 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Hazırda Hollandiya millisini çalışdıran Lui van Qal Mançesterə Braziliyada keçiriləcək dünya çempionatı başa çatandan dərhal sonra gələcək.

“MY”nin veteran futbolçusu Rayan Giqqz van Qalın köməkçisi kimi fəaliyyət göstərəcək.

“Qırmızı şeytanlar”ın direktoru Ed Vurvord məsələni belə şərh edib: “Müasir futbolun ən dahi məşqçilərindən biri ilə müqavilə bağladıq. O, karyerası boyunca çox şeyə nail olub. Van Qal “Old Trafford”da karyerasının növbəti şanlı səhifəsini yazmaq üçün imkan qazanıb” (publika.az).


Müəllif: