PSJ-nin forvardı Zlatan İbrahimoviçlə bağlı sürpriz transfer xəbəri yayılıb.
Teleqraf.com-un "L'Equipe"-ə istinadən məlumatına görə, isveçli futbolçu Türkiyənin "Qalatasaray" klubuna keçəcək.
İbrahimoviçin Paris təmsilçisi ilə 2016-ci ilin sonuna qədər müqaviləsi bitəcək. Ancaq buna baxmayaraq fransızlar futbolçunu göndərməyə çalışırlar.
PSJ rəhbərliyi klubda problemlər yaratdığı üçün futbolçunu yay "tranfer pəncərəsi"ndə satışa çıxaracaq.
İstanbul təmsilçisi ötən illərdə Vesli Sneyder və Didye Droqba kimi ulduz futbolçuları heyətinə qataraq dünya mətbuatının gündəminə düşmüşdü.
"Qalatasaray"ın yayda bu transferi reallaşdıraraq "bombanı" partladacağı gözlənilir.
Rüstəm