9 Aprel 2015 17:30
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının 30-cu turu çərçivəsində "Rayo Valyekano" ilə oynanılan görüşdə Kriştiano Ronaldo komandasının ilk qoluna imza atıb.

Teleqraf.com xəbər verir ki, bu portuqaliyalının Madrid klubunun forması ilə vurduğu 300-cü qol kimi tarixə düşüb.

Ulduz futbolçu 2009-cu ildən bəri "Real"da çıxış edir. Bu müddət ərzində Ronaldo İspaniya La Liqası (2012), İspaniya Kral Kuboku (2011, 2014), Çempionlar Liqası (2014), UEFA Superkuboku (2014), İspaniya Superkuboku (2012) və Klublararası Dünya çempionatının (2014) qalibi olub.

Rüstəm


Müəllif: