19 yaşlı yarımmüdafiəçi iyulun 1-dən etibarən “zadəganlar”ın oyunçusu olacaq.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi “Atletiko Paranaense”nin futbolçusu Natanla münasibətlərini rəsmiləşdirib.
19 yaşlı yarımmüdafiəçi iyulun 1-dən etibarən “zadəganlar”ın oyunçusu olacaq.
Natan London klubuna transfer olunduğunu bir neçə gün öncə "İnstagram" hesabından elan etmişdi.
Daha əvvəl bildirilirdi ki, "Çelsi" braziliyalının transferi üçün 4,5 milyon avro ödəyəcək.
Natan hələ 2013-cü ildə 17 yaşadək futbolçuların Dünya Çempionatında Braziliya millisinin heyətində sərgilədiyi oyunla diqqət çəkmişdi.
Rüstəm