23 May 2015 12:04
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın baş məşqçisi Karlo Ancelotti bu yay komandadan göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com İspaniya mətbuatının istinadən xəbər verir ki, təcrübəli mütəxəssis təşkil olunan mətbuat konfransında belə danışıb:

"Klub məni göndərənə kimi işimin başında olacam. Gələn həftə rəhbərliklə görüşümüz olacaq. Florentino Pereslə yaxşı münasibətim var. Bura öz komandamla gəldim və onlara güvənirəm.

Hər il baş məşqçi dəyişiklikləri olur. Məni təəccübləndirən də insanların bu məsələyə təəccüblənməsidi. Əgər qalsam, xoşbəxt olaram. Ayrılsam da burada iki möhtəşəm ili unutmayacam. Əlimdən gələn hər şeyi etdiyimi və "Real"ın tarixinə keçdiyimi bilirəm".

Karlo Ancelottinin yerinə "Napoli"nin baş məşqçisi Rafael Benitesin keçəcəyi bildirilir.

Rüstəm


Müəllif: