23 May 2015 15:32
561

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti "Barselona"nın transfer siyahısına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "TMW" məlumat yayıb. Kataloniya klubunun idman direktoru Aredo Brayda yayda Qətərin "Əl-Sadd" klubuna keçəcək Xavi Hernandesin əvəzetməsi kimi məhz 22 yaşlı italyan futbolçunu görür.

Verrattinin Paris təmsilçisi ilə qüvvədə olan müqaviləsinin müddəti 2019-cu ildə bitəcək.

Gənc futbolçu bu mövsüm Fransa Liqa 1-də 31 matçda iştirak edib, 2 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

FIFA tərəfindən qoyulmuş qadağaya görə, "Barselona" 2016-cı ilin yanvarına kimi futbolçu transfer edə bilməz.

Rüstəm


Müəllif: