5 İyun 2015 21:32
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" PSJ-nin yarımmüdafiəçi Marko Verrattinin transferi haqqında mətbuatda yayılan xəbərlərə rəsmi bəyanatla münasibət bildirib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi italiyalı futbolçu ilə danışıq aparmır:

"Müxtəlif KİV-də Marko Verrattini transfer edəcəyimizlə bağlı yayılan şayiələri nəzərə alaraq bildiririk ki, PSJ və ya futbolçunun agentiylə danışıq aparmırıq. Bu xəbərlər tamamilə həqiqətə uyğun deyil".

Daha əvvəl bildirilirdi ki, "Real" Verrattinin ilinə 7 milyon avro təklif edib. Həmçinin qeyd edilirdi ki, transferin məbləği 50 milyon avro təşkil edə bilər.

Rüstəm


Müəllif: