23 May 2014 20:54
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Atletiko" klubunun futbolçusu Koke Çempionlar Liqasında "Real"la final oyunu öncəsi fikirlərini bildirib.

Teleqraf.com-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, görüşün favoritinin "Real" olduğunu deyib:

"Real" geniş heyətə sahib olduğu üçün matçın favoritidir. Ancaq biz onları məğlub edə bilərik. La Liqada "Santyaqo Bernabeu" stadionunda onlara qalib gəlməyi bacarmışıq. Bütün gücümüz və ürəyimizlə oynayacağıq. Rəqibin çox güclü hücumçuları var. Buna görə də yaxşı müdafiə olunmalıyıq".

Qeyd edək ki, "Real" - "Atletiko" qarşılaşması sabah baş tutacaq.


Müəllif: