Argentinalı futbol ulduzu Lionel Messi ispan məhkəməsi qarşısına çıxacaq.
Teleqraf.com xəbər verir ki, buna səbəb futbolçunun vergi borclarını ödəməməsidir. Daha əvvəl prokurorluq tərəfindən “Barselona” ulduzuna qarşı reklamlardan qazandığı pulları gizlətdiyi və vergidən yayındığı iddiası qaldırılmışdı. Bu işdə Messinin meneceri və maliyyə məsələləri üzrə məsləhətçisi olan atası Xorxe də günahkar bilinir.
Qeyd edək ki, ata ilə oğula qarşı məhkəmə iddiası hələ 2013-cü ildən irəli sürülüb. Onları vergi deklarasiyasını pozmaqda və futbolçu şöhrətindən istifadə edərək vergi hallarından yayınmaqda günahlandırırdılar. Bu ittihamlardan sonra Messi dövlətə 10 milyon avro ödəmişdi.
Rüstəm