29 İyun 2015 13:48
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun futbolçusu Arda Turan "Barselona" ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Madrid klubundan ayrılacağı deyilən türkiyəli yarımmüdafiəçi "Tvitter" hesabında yazılanların doğru olmadığını qeyd edib:

"Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir. Menecerim 3-4 klubla danışıqlar aparır. Bir yenilik olsa, burda yazacam”.

Arda ilə "Mançester Yunayted", "Çelsi" və PSJ-nin də yaxından maraqlandığı deyilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər