"Real" komandadan ayrılması gündəmdə olan Serxio Ramosun boşluğunu "Yuventus"un müdafiəçisi Leonardo Bonuççiylə doldurmaq niyyətindədi.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubu italyan futbolçuya hazırkı məvacibindən 2 qat artıq - illik 4 milyon avro əmək haqqı təklif etməyə hazırdı. Mümkün transfer 30 milyon avro dəyərində qiymətləndirilir.
Daha öncə "Yuventus"un Bonuççinin müqaviləsini 2019-cu ilə kimi uzadacağı barədə xəbərlər yayılmışdı
Rüstəm