"Mançester Yunayted" klubu baş tutmayan David De Xea transferilə bağlı növbəti bəyanatı yayıb.
Teleqraf.com xəbər verir ki, klubun mətbuat xidmətindən verilən açıqlamada belə deyilir:
"Faktlar özü hər şeyi deyir. İngiltərə Futbol Assosasiyası da bizi bu mövzuda dəstəkləyir. Görünür, "Real" bu yay transfer fəaliyyətindəki yarıtmazlığını bu məsələ ilə ötr-basdır etmək istəyir.
Hamımız digərini günahlandırmağı xoşlayırıq. Əgər siz kiməsə barmaqlarınızın arasından sürüşməyə icazə verirsinizsə, onda bu, sizin günahınızdı".
"Real" David de Xea transferinin reallaşmamasına görə məhz "Mançester Yunayted"i günahlandırıb.
Rüstəm