"Onların ikisi deyiblər ki, "Barselona" – Kountinyo üçün ən yaxşı yerdi".
Teleqraf.com xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Saytın əməkdaşı Qilyem Balaqe "Liverpul"un yarımmüdafiəçisi Filipp Koutinyonun "Barselona"ya mümkün keçidini şərh edib. O, "twitter" hesabında belə yazıb:
"Barselona" hələ Koutinyonun transferi üçün "Liverpul"la danışıqlara başlamayıb. Ancaq onu Kataloniya klubuna qazandırmaq iştəyən şəxslər (Neymar, Davi Luiza) artıq işə başlayıblar.
Koutinyo və Neymar – çox yaxşı dostdu və Neymar onu "Barselona"da görmək istədiyini daha öncə açıqlamışdı. David Luizlə Koutinyonun agenti eyni şəxsdi. Onların ikisi deyiblər ki, "Barselona" – Kountinyo üçün ən yaxşı yerdi".
Daha öncədən xəbər yayılıb ki, Koutinyo "Barselona"ya keçməyə razıdı.
Rüstəm