15 Oktyabr 2015 08:51

İspaniya futbolunun canlı əfsanəsi Raul Qonzales karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

38 yaşlı hücumçu bu il karyerasını rəsmən başa vuracaq.

ABŞ-ın "Nyu York Kosmos” klubunda çıxış edən futbolçu mövsümün sonunda karyerasını bitirəcəyini deyib.

Qeyd edək ki, ABŞ-da mövsüm noyabr ayında başa çatır. Bu isə o deməkdir ki, ulduz futbolçunun karyerası sona yaxınlaşır.


Müəllif:
Загрузка...