29 Oktyabr 2015 23:36
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin və Fil Dişi Sahili millisinin sabiq hücumçusu Didye Droqba hazırda çıxış etdiyi MLS liqasında diqqət mərkəzinə düşüb.

Buna səbəb, hazırda Kanadanın "Monreal" klubunda top qovan afrikalı forvardın ardıcıl ikinci dəfə MLS-də ayın oyunçusu seçilməsi səbəb olub. Droqba MLS-in rəsmi səhifəsində keçirilən səsvermədə 55,25 faiz səs toplayaraq, "Portlend"li Fanendo Adi və "Kolumbus Kryu"nun üzvü Etan Finleyi geridə qoyaraq, sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

Droqba keçən ay keçirdiyi 5 oyunda 4 qola imza atıb.

Afrikalı hücumçu ümumilikdə, "Monreal"ın heyətində keçirdiyi 11 oyunda 11 dəfə rəqib qapıçıları məyus edib.


Müəllif: