24 Dekabr 2015 20:22
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" daha bir itki ilə üzləşib.

Komandanın qapıçısı Ərtoğrul Taşkıran zədələnərək sıradan çıxıb.

Türkiyə kubokunun qrup mərhələsinin II turunda "Antalyaspor"la görüşün (4:2) 77-ci dəqiqəsində zədələnən qolkiper bu gün tibbi müayinədən keçib. Ayağında yırtıq aşkarlanan 26 yaşlı qapıçı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, daha öncə dizindən əməliyyat olunan "Fənərbaxça"nın yarımmüdafiəçisi Raul Meyreleş 4 ay komandasına kömək edə bilməyəcək.


Müəllif:

Oxşar xəbərlər