PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç gələcək karyerası barədə danışıb.
İsveçli hücumçu Fransanın "Ekip" qəzetinə açıqlamasında PSJ ilə müqavilə müddəti bitdikdən sonra Qətərə yollana biləcəyini deyib:
"Mövsümün sonunda PSJ ilə müqavilə müddətim sona yetəcək. Bu da o deməkdi ki, mövsümün sonunda azad olacam. Bundan sonra nə edəcəyimi hələ dəqiqləşdirməmişəm. Mənim PSJ-nin prezidenti Naser Əl-Xelaifiylə yaxşı əlaqələrim var. Qətərdə də bir neçə tanışım var. Ola bilsin, karyeramı məhz Qətərdə davam etdirdim. Ancaq indidiən dəqiq nə isə demək mümkün deyil. Hazırda yaxşı formadayam və karyeramı davam etdirirəm".
Xatırladaq ki, 34 yaşlı futbolçu Fransa Liqa 1-in ilk dövrəsində 15 qola imza atıb. O, hazırda bombardirlər siyahısında 1-ci pillədə qərarlaşıb.