6 Yanvar 2016 12:29
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arda Turan şərəfini qoruduğu "Barselona"da bu gün ilk oyununa çıxacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Luis Enrike məlumat verib. O deyib ki, yeni transferləri Arda Turan və Aleyks Vidal bu gün İspaniya kubokunda "Espanyol"a qarşı oynayacaqlar:

"Arda Turan və Vidal yaxşı oyunçulardır. Hər iki futbolçu "Espanyol"a qarşı oynayacaq. Ancaq onların neçə dəqiqə meydanda olacağını bilmirəm".

Qeyd edək ki, A.Turan və A.Vidal "Barselona"ya bu yay transfer olunublar. Ancaq Kataloniya klubuna verilən transfer cəzası səbəbindən onların matçlarda iştirakına qadağa vardı.


Müəllif: