11 İyun 2014 10:43
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin keçmiş futbolçusu Ernan Krespo ölkəsinin yığmasının "DÇ-2014"dəki şanslarını dəyərləndirib.

O, Argentinanın dünya kubokunu qazana biləcək gücdə olduğunu deyib:

"Argentinanın çempionluğu əla olardı. Ancaq bu turnirdə uzun müddətdir yarımfinala yüksələ bilmirik. Çox yaxşı komanda olduğumuzu unutmamalıyıq. Əgər Argentina dünya kubokunu qazansa, futbolçular tez təyyarə ilə öz ölkələrinə qayıtmalıdırlar. Əks təqdirdə onları öldürə bilərlər (gülür)"./qol.az/


Müəllif: