"Milan" yarımmüdafiəçisi Antonio Noçerinoyla müqaviləyə xitam verib.
Milan təmsilçisi 2011-ci ildən klubun üzvü olan, 2014-cü ildən etibarən isə "Vest Hem", "Torino" və "Parma"da icarə əsasında çıxış etmiş futbolçuyla müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Noçerino cari mövsümdə "Milan"ın heyətində cəmi 3 oyun keçirmişdi. 30 yaşlı yarımmüdafiəçinin karyerasını MLS-də çıxış edən "Orlando Siti"də davam etdirəcəyi deyilir.